Rusiya Dövlət Duması yeni miqrasiya rejiminin tətbiqi ilə bağlı qanun layihəsini son oxunuşda qəbul edib. Polisə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan inzibati qaydada çıxarılması barədə qərar qəbul etmək səlahiyyəti verən qanun da qəbul edilib və deportasiya edilmiş şəxslərin reyestrinin yaradılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, polisin qərarı ilə deportasiya 48 saatdan gec olmayaraq həyata keçiriləcək.

Ətraflı videoda:

Bu qərar Rusiyada yaşayan həmvətənlərimiz üçün təhlükə daşıyırmı?

araz.az bildirir ki,mövzu ilə bağlı globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Rusiya-Ukrayna münaqişəsi hələ uzun müddət davam edəcək:

“Rusiya ölkə daxilində təhlükəsizliyini təmin etmək üçün bu kimi qərarlar qəbul edir. Moskvada baş verən son terror hadisəsi göstərdi ki, xarici xüsusi xidmət orqanları Rusiyada yaşayan miqrantlardan öz əməlləri üçün istifadə edir. Onlar həmin xidmət orqanlarının təsir dairəsindədir və idarə olunurlar. Bu səbəbdən rəsmi Moskva belə addımların atılmasını zəruri hesab edir. Ölkədə yaşayan hər kəs qəbul edilən qərarlara tabe olmalıdır”.

Azad Məsiyev Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının bu qaydalara qeyd-şərtsiz əməl etməli olduğunu vurğulayıb:

“Hər hansı təhlükə yaradacaq, qanunazidd fəaliyyət göstərilməməlidir. Bu qanun rəsmi Moskvanın dövlət və milli maraqlarına uyğundur. Sözügedən qanunun yalnız soydaşlarımıza deyil, Rusiyada vətəndaşlığı olmayan bütün əcnəbilərə şamil olunduğunu unutmamalıyıq”.

araz.az xəbər portalı.