Rusiyada bombalı hücum həyata keçirən şəxs Türkiyədə saxlanılıb.

araz.az xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də paylaşım edib.

“Bu gün Rusiya hüquq-mühafizə orqanlarından Yevgeni Serebriakov adlı şəxsin Moskvada avtomobilə qarşı bomba ilə terror aktı törətdiyi, 2 nəfəri yaraladığı barədə müvafiq qurumlarımıza xəbərdarlıq edilib. Həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanından ölkəmizə daxil olduğu müəyyən olunub.

Məsələ ilə bağlı Kəşfiyyat İdarəsi, İnterpol/Avropol Departamenti, MİT, İmmiqrasiya İdarəsi Müdirliyi, Terrorla Mübarizə Şöbəsi və Muğla vilayət Təhlükəsizlik Müdirliyi tərəfindən koordinasiya təmin edilib.

Əməliyyatı həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm” , – Yerlikaya bildirib.

Xatırladaq ki, bu gün Moskvada Andrey Torqaşov adlı hərbçinin avtomobili partladılıb. Nəticədə hərbçi və həyat yoldaşı yaralanıb.

araz.az xəbər portalı.