Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 410 min manatlıq tələb irəli sürüb. Onun tələbi “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlıdır.
Bu dəfə Eldar Mahmudovun tələbinə Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri, hakim Kəmalə Abiyeva baxacaq.
araz.az musavat.com-a istinadən xəbər verir ki,Eldar Mahmudova məxsus “Diqlas” Ticarət Mərkəzini onun oğlu Anar Mahmudovun rəsmən təsisçi olduğu “Diqlas 1” MMC idarə edib. Daha sonra “Diqlas 1” MMC-nin idarə eddilməsi “Diqlas 2” MMC-yə həvalə olunub. Hazırda “Diqlas 2” MMC “Azsığorta” şirkətini məhkəməyə verərək yanğına görə 410 min manat tələb edib. Kommersiya və Apellyasiya məhkəmələri Eldar Mahmudovun əleyhinə qərar çıxararaq məhkəməyə müraciət etmək üçün 3 illik iddia müddətini ötürdüklərini bildirib. Ali Məhkəmənin hakimi İlqar Dadaşov işə baxaraq Eldar Mahmudovun xeyrinə qərar çıxarıb, bir müddət sonra intihar edib.
Daha sonra apellyasiya instansiyası qərarı Ali Məhkəmə ilə razılaşıb. Mahudovların xeyrinə qərar verib. Hazırda “Azsığorta” şirkəti qərardan kassasiya şikayəti verib. Bu yaxınlarda iş Ali Məhkəmənin icraatına qəbul edilib.
Xatırladaq ki, Ali Məhkəmənin hakimi İlqar Dadaşov 62 yaşında yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İlqar Dadaşov 1962-ci ildə anadan olmuşdu. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub.
2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.
İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.
Eldar Mahmudov 2015-ci ildə MTN-də keçirilən xüsusi əməliyyatla vəzifəsindən uzaqlaşdırılmış, sıralarında MTN generallarının da olduğu 22 nəfər onun komanda üzvü həbs olunmuşdu. Sonradan həmin şəxslər barəsində ittihamedici hökmlər çıxarılıb, sabiq nazir isə 2 dəfə istintaqa çağırılsa da, həbs olunmayıb.
araz.az xəbər portalı.