Paytaxtın uzun illər ərzində tikintilərə nəzarətsizliyi parklama probleminin həllini daha da çətinləşdirib.
araz.az xəbər verir ki, Bakının Səbail rayonu Gülbala Əliyev küçəsinin sakinləri yaşadıqları ərazinin başqa şəhər sakinlərinə aid avtomobillər tərəfindən zəbt edilməsindən şikayətləniblər. Problemlə əlaqədar “AzTV” geniş sujet hazırlayıb.
Sujetdə qeyd olunur ki, ölkədə avtomobilləşmənin sürətlə artması bu küçədə yaranan tıxacların uzunmüddətli olması ilə nəticələnib. Mütəxəssislər bildirir ki, Gülbala Əliyev küçəsindəki vəziyyəti tənzimləmək üçün aidiyyatı qurumların ərazidə parklama və s. ilə bağlı qadağanedici yol nişanları quraşdırılması mütləqdir.
Belə ki, yaxınlıqdakı pullu parkinqə ödəniş etməmək üçün sürücülər analoji addımları atırlar.
Qeyd edək ki, pullu parklanmadan sonra paytaxtda binaların həyətləri, həmçinin bəzi küçələr sürücülərin parkinq yerinə çevrilib.
Sujeti sizə təqdim edirik:
araz.az xəbər portalı.