İranın Ali Mədəni İnqilab Şurası prezident vəzifəsini icra edən Məhəmməd Moxberin imzası ilə “Nizami Gəncəvi Beynəlxalq Fondu”nun yaradılmasına dair qərarı təsdiqləyib.
araz.az turkustan.az-a istinadən xəbər verir ki, Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrovpənah deyib: “Şuranın qərarı ilə Nizami Fondu İranın mədəni sərvətlərini qorumaq və fars dilini təbliğ etmək məqsədilə təsis edilib”.
Bildirilib ki, Şuranın 18 iyun tarixli 901-ci iclasının qərarına görə, Nizami Fondu fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması yönündəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. (Gənc Reportyorlar Klubu)
Qeyd edək ki, daha öncə də İran hökuməti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı iddialar irəli sürüb, ancaq məşhur iranlı yazıçı-tarixçi Səid Nəfisi belə deyib ki, Nizamidən türk qoxusu gəlir, “Türk qoxusu gəlirsə, nə yapışmısınız Nizamidən?”
araz.az xəbər portalı.