vanqa.jpg

Proqnozları ilə hər kəsi şoka salan Vanqa…

İkinci dünya müharibəsinin nəticələrini, 11 Sentyabr terrorunu,  SSRİ-nin dağılmasını əvvəlcədən proqnoz edən qadın – Vanqa 1911-ci il yanvar ayının 31-də Bolqarıstanda anadan olub.

Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə ümid etməyiblər.

16 yaşında qızın həyatında onun gələcək taleyini müəyyənləşdirən bədbəxt hadisə baş verib. Bu qız gələcəkdə görücü kimi məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi..

Başıma kiminsə əli toxundu

Uşaq vaxtı ən sevdiyi oyun gözlərini bağlayaraq itmiş əşyaları tapmaq idi. Vanqa 16 yaşında qasırğaya düşür və külək onu 2 km uzağa atır. Gözləri qumla dolur və bu hadisədən sonra görmə qabiliyyətini itirir.

Sonradan görücü özü bu haqda deyirmiş: “Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…”

Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan atasının narahatlığını görən Vanqa ona deyir:

“Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir”. Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa “yuxuda görmüşəm və eşitmişəm” cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür.

Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür.

Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: “Tezliklə dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara deyəcəklərini söyləyəcəyəm”.

Bu sözləri eşidən Vanqa bacısından soruşur: “Sən buradan bir atlının necə çıxdığını gördünmü?” “Nə atlı, yəqin yuxu görmüsən” deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra – aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir…

Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır:

“Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü”.

Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2-3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.

Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar.

Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı. O, ilk səs gətirən proqnozunu da bundan sonra verir. 1930-cu ildə o, İkinci Dünya Müharibəsinin başlayacağını deyir. Müharibə zamanı Hitlerin  dəfələrlə Vanqanı ziyarət etdiyi bildirilir. O, Hitlerə deyir: “Rusiyanı rahat burax. Onsuz da uduzacaqsan”. Hitler əsəbiləşərək Vanqanın evini tərk edir.

Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir əsgər gəlir və quldurlar tərəfindən öldürülmüş qardaşının qatillərinin yerini soruşur. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: “Bilirəm, niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən”.

Bu hadisədən bir müddət sonra – aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində məskən salır.

Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: “Sudan özünü gözlə!”

Həqiqətən, bir neçə il sonra Dmitri də daxil, Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaqdan əziyyət çəkirlər. Dmitri 1962-ci ildə elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: “Mən onu qalmalı olduğu yerə qədər ötürdüm”.

Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla gəzir… Onun hazırda yayılan bütün fotolarında yaylığının qara olmasının səbəbi də budur.

1942-ci ildə Vanqa bolqar çarı üçüncü Borisə deyir: “Özünü 28 avqust tarixinə hazırla”. 1943-cü ildə bolqar çarı Boris vəfat edir.

Görsel sonucu

Vanqa 1952-ci ildə 6 aydan sonra Stalinin öləcəyini deyir. Bu xəbər Stalinə çatanda Vanqa həbs olunur. Amma 6 aydan sonra, 1953-cü ildə stalin ölür və Vanqa həbsdən çıxır. Təbii ki, öncəgörüm düz çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər həbsxanada qalacağı da bilinməzdi.

Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa yüksək rütbəli dövlət məmurunun içində məxfi materiallar olan çantası itir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılsa da, itmiş çanta tapılmır. Axırda əli hər yerdən üzülmüş məmur Vanqanın yanına gəlir. Görücü ona gizlədilmiş çantanın yerini deyir. Bolqar hökuməti isə Vanqaya təşəkkür əlaməti olaraq “xalq hakimiyyəti üçün faydalı insan” xarakteristikası verir. Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına gəlir.

Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün xidməti üçün məbləğ müəyyənləşdirir. Vanqanın yanına gələn hər bolqar 10 lev, əcnəbilər isə 50 dollar ödəməli idilər. Rəsmi statistikaya görə, bu qərar nəticəsində yalnız 1990-cı ildə dövlət xəzinəsinə 9 milyon levdən çox pul daxil olmuşdu.

Vanqanın fəaliyyəti üçün ən böyük imkan sabiq bolqar rəhbəri Todor Jivkovun qızı tərəfindən yaradılıb. Lüdmila Jivkovanın qızı Jenya Jivkova bu haqda deyir: “Mənim anam Lüdmila Jivkova partiya rəhbərliyi arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də hərtərəfli dünyagörüşünə və təhsilə malik, Şərq təlimləriylə maraqlanan bir qadın idi. Məhz onun təşəbbüsü ilə professor Lozanovun başçılığı altında Vanqa fenomeninin elmi şəkildə araşdırılmasına başlandı. Vanqaya hətta dövlət qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur”.

1962-cü ildə o, ABŞ Prezidenti Con Kennediyə qarşı sui-qəsdin proqnozunu verir və elə həmin il prezident öldürülür.

Vanqanın SSRİ-nin dağılması ilə bağlı 1979-cu ildə verdiyi proqnozuna SSRİ Prezidenti M. Qarbaçov inanmır. Lakin Vanqanın dediyi vaxtda SSRİ dağılır.

1980-ci ildə Kiyev yaxınlığında partlayış olacağını deyir.1986-ci ildə  Çernobil Atom Elektrik Stansiyasında dəhşətli partlayış baş verir.

1989-cu ildə Vanqa xəbərdarlıq edir. “Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaq, günahsız insan qanı axacaq”. 2001-ci il 11 sentyabrda Amerikada terror baş verir.

Vanqa Sovet kosmonavtı Yuri Qaqarin haqqında da proqnoz verərək bildirmişdi: “O, ölməyib, onu tutublar”. Amma Qaqarinin kimin tutduğunu ölənə kim sirr saxlayır.

vanga ile ilgili görsel sonucu

Vanqa 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı da proqnoz verib. O, öz proqnozunda bildirib:

“Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. Bu hələ başlanğıcdır. Bədbəxtlik gətirən qızıl görürəm. Bütöv xalq zəncirdədir. Onlar heç nəyi unutmayacaq. Daha 30 il keçsin, onlar dözəcək lakin təslim olmayacaqlar. Sonra onlara öz torpaqlarının sahibi olmaq qismət olacaq. Və o zaman onları zəncirləyən hər şey ömürlük yoxa çıxacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar.”

Vanqanın evini bir milyona yaxın insanın  ziyarət etdiyi deyilir. Vanqa əldə edilən pulları tikdirdiyi Pyotr kilsəsinə bağışlayıb. O, bir müddət onkoloji xəstəlikdən  əziyyət çəkib.

 

Onun ölümü 2 ay çəkir. Kor Vanqa 1996-cı ildə döş xərçəngi səbəbindən dünyasını dəyişib. O, ölüm döşəyində  öz ölüm gününün  bildiyini, hansı şəraitdə öləcəyini də əvvəlcədən bilib. Ölüm anında  son sözlərini deyərkən  yenə qiyamət gününü unutmayaraq  bütün insanlara çağırış edib. O, öz çağırışında bildirib:

“Öldükdən sonra insanın vücudu çürüyür. Bədəndən bir parça qalır ki, o heç vaxt çürümür. Bu ya ruhdur, ya da adını bilmədiyim bir şeydir. İnsandan geriyə yalnız o qalır. Çürümür, daha da böyüyür. Daha üst mərtəbələrə, daha uca məqamlara doğru gedir. Bu məqamlar ruhun sonsuzluğudur. Bir-birinizdən nifrət etməyin, bir –birinizi sevin!”

Onun haqqında müxtəlif mənbələrdə məlumatlar yer alıb. Vanqanın ölmədən əvvəlki öncəgörmələri isə insanı heyrətə salmaya bilməz. Bu öncəgörmələr aşağıdakılardır:

2010 – Noyabrda Üçüncü Dünya Müharibəsi başlayacaq və 2014 oktyabrda bitəcək. Bu müharibədə nüvə və kimyəvi silahlardan istifadə olunacaq.

2011 – Yerin şimal yarımkürəsində radioaktiv sızma olacaq. Heyvanlar və bitkilər sağ qalmayacaqlar. Müsəlmanlar sağ qalmış avropalılara qarşı kimyəvi silahlarla savaşa başlayacaqlar.

2014 – Kimyəvi silahlarla aparılan müharibənin bitməsiylə dünyadakı insanların çoxu qan dərsi xərçənginə tutulacaqlar.

2016 – Avropa faktiki boşalacaq, əhalinin sayı azalacaq.

2018 – Çin dünyanın əsas dövləti olacaq.

2025 – Avropada az sayda da olsa, insan yaşayacaq.

2028 – Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.

2033 – Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.

2043 – Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.

2046 – Süni insan orqanları yaradılacaq.

2066 – Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.

2076 – İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.

2084 – Təbiət yenidən yaranacaq.

2088 – Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.

2091 – Xəstəliyin müalicəsi tapılacaq.

2100 – İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.

2125 – Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.

2130 – Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.

2154 – Heyvanlar yarı insana çevriləcəklər.

2167 – Yeni bir din ortaya çıxacaq.

2170 – Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.

2183 – Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.

2201 – Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.

2256 – Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.

2262 – Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.

2288 – Zaman yolçuluğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq.

2299 – Fransada islama qarşı üsyan başlayacaq.

2480 – İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.

3005 – Marsda savaş başlayacaq.

3797 – Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.

Leyla Əfqan

Minval.İnfo

araz.az xəbər portalı.