Çinin xarici işlər naziri Van İ Laosda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə deyib ki, Tayvan Çinin bir hissəsidir və heç vaxt ayrıca dövlət olmayacaq.
araz.az xəbər verir ki,bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tayvan Çinin bir hissəsidir, ayrıca ölkə olmayıb və olmayacaq. “Tayvanın müstəqilliyi” və Tayvan boğazında sülh bir araya sığmır”, – Van İ bildirib.
O, Tayvanın müstəqilliyi tərəfdarlarının təxribatlarına ÇXR-dən cavab tədbirləri görəcəyini qeyd edib.
İyulun 27-də Blinken və Van İ Laosda danışıqlar aparıblar. Görüş iki ölkənin artan rəqabətə və Asiyada artan gərginliyə baxmayaraq kommunikasiya xətlərini saxlamağa çalışıldığı bir vaxta təsadüf edib.
İyulun 17-də ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Tayvanla hərbi əməkdaşlıq ABŞ üçün, xüsusilə ABŞ sənayesi və iqtisadiyyatı üçün faydalıdır.
Bundan əvvəl Çin Tayvanla bağlı ABŞ-la silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırmışdı.
Bundan əvvəl Tramp Tayvanı pulsuz müdafiə etmək fikrində olmadığını açıq şəkildə bildirmişdi.
araz.az xəbər portalı.