Xəbər verdiyimiz kimi, Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib və təmsilçimizin məğlub olub – 0:2 (8:21, 7:21).
Bəs Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun bəh-bəhlə “milliləşdirdiyi”, onminlərlə pul tökub gətirdiyi Keişa Fatimə Zəhra (Keisha Fatimah Azzahra) kimdir?
Keişa Fatimə Zəhra İndoneziyanın Pekanbaru şəhərində anadan olub.
2023-cü ildən Azərbaycan badminton yığmasında “milliləşdirilmə”si üçün Azərbaycan vətəndaşlığı və pasportu alıb.
araz.az 32gun.az-a istinadən xəbər verir ki, idmançı hazırsa ikili vətəndaşlığı var. Həm öz ölkəsinin, həm də Azərbaycanın pasportunu üzərində gəzdirir.
Qeyd edək ki, 20 yaşlı badmintonçu solaxaydır.
Xatırladaq ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorudur.
araz.az xəbər portalı.