Möhtəşəm və qürurverici bir səhnədir!
İctimai fikrə əvəzsiz kolorit təlqin edən bir fraqment.
Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı şəhid anasına ali bir ehtiramla yaxınlaşır…
Əlbəttə, prezidentin idarəçilik fəaliyyətində bu bir ilk deyil.
Demək olar ki, prezidentin bütün çıxış və müsahibələrində məmur-vətəndaş münasibətləri xüsusi yer tutur.
llham Əliyev yalnız məmur davranışlarına dair normativləri səsləndirmir, direktivləri müəyyən etmir.
Həm də praktik nümunə göstərir, cəmiyyətə və daha cox öz siyasi və iqtisadi komandasının istifadəsinə işlək texnologiyalar verir.
“Xalqın birinci xidmətçısı mənəm, bütün məmurlar da belə işləməlidir” deyən dövlət rəhbərinin şəhid ailələri ilə görüşundə çəkilmiş bir fotonun təəssüratı və yaydığı energetika bir neçə cəhətdən cəlbedicidir..
1). Bir daha təsdiq olundu ki, Azərbaycan şərq ölkəsi olduğu üçün burada ictimai düşüncə yeni çəkilmiş minlərlə kilometr asfalt yollarla, nəhəng tikinti layihələriylə və sair saysız-hesabsız təsərrüfat uğurları, bəzən də yorucu statistik göstəricilərlə deyil, daha çox emosiyalarla qidalanır və idarə olunur.
Və Azərbaycanın hazırki, ictimai əhvalı-ruhiyyəsii bu cür qeyri standart aktlara təşnədir…
2) Xalq elə bir fenomendir ki, onun sağını, solunu, önünü (heç bir istiqamət üzrə) bir an belə boş buraxmaq olmaz.
Boşluqlar olacaqsa, həmən boşluqları doldurmaq üçün “mənim kimsəsiz, köməksiz diqqətdən kənarda qalmış yaziq xalqım” ( “oğlunun qanpulunu ala bilməyən şəhid anası” və sair) deyib şivən qoparan boşboğaz iddiaçılar tapılacaq və təəssüf ki, tapilır da…
3). Prezident, vuruğladığmız kimi, iqtidara rəğbət qazandıran texnologiyarı əyaniləşdirir, məmurlara istiqamət verir,- problemli, dərdli ınsanın üstünə yox, yanına getmək, onu dinləmək gərəkdiir…
Bəzən bir xoş söz, bir isti münasibət istənilən aqressiyanı asanlıqla zərərsizləşdirə bilir. İncikliyin siyasi enerjiyə çevrilməsini əngəlləyir..
4). Problemdən qacmq yox, onü müzakirə etmək vacibdir. Ola bilər ki, onun həll müxanizmi hələ ki tapılmasın. Hər halda vətəndaş görməlidir ki, onu məşğul edən qayğılar diqqət mərkəzindədir.
Amma bu barədə fərqli və həm də daha çox utancverici şayiələr gəzir.
Danışırlar (görünür, əsaslar olmamış deyil, necə deyirlər, od olmayan yerdən tüstü çıxmaz, xəbər sızmyan yerdən şayiə cücərməz) ki, bəzi yüksək çinli məmurlar tabeliyində olan əməkdaşlara problemlı məsələlərin onlara məruzə edilməməsiylə bağlı qəti göstəriş veriblər:
”Problem sözünü eşidəndə başım ağrıyır. Məni narahat eləməyin.”…
Ayda, ildə bir dəfə hansısa problem nəzərə çatdırılanda isə cavab belə olur: “Baxın görün neynəyirsiniz”.
Heç kim heç kmin əvəzindən baxıb görə bilməz.
Bu cür məmur tipi ocaq başında əyləşən düşmən mislindədir.
Başın ağriyir, ərizə yaz, get, otur evində. Başına da bir yekə dəsmal bağla …
5), Məmurlar öz fəliyyətlərinə yaradıçı elementlər əlavə etməlidirlər.
Təbii ki, məmur icracıdır.
Yuxarıdan gələn direktivləri redaktə edə bilməz və etməməlidir.
Amma biz bu gün bir gerçəkliklə üz-üzə dayanmışıq.
“Yeni impuls, qeyri-adi yanaşma gərəkdir.”
6). Kabinetlərdən çıxmaq lazımdır!…
Yeri gəlmişkən, bilmirəm.
Görəsən, İsmayılı rayon rəhbərliyi müasir ədəbiyyatımıza böyük xidmətlər göstərmiş Musa Yaqubla, onun səhhətilə maraqlanırmı?
Maraqlanıbsa, cox yaxşı. Maraqlıanırsa və bu ictimailəşmirsə, çox pis…
Təsəvvür edin, PA humanitar siyasət çöbəsinin müdiri Fərəh Əliyeva İsmayılıya gəlib şairə baş çəkir. Və AzTV-də bu barədə sujet verilir…
Və ya bəlkə də ömrünün son günlərini yaşayan Musa Yaquba “xalq şairi” adı verilir…
Və ya Heydər Əliyevin bağışladığı evdə yaşayan Ramiz Rövşən “xalq şairi” adı ilə təltif olunsa, iqtidar sahibini kim qınaya bilər ki?
Həm də çox məntiqli bir qərar olardı.
İlk baxışda yersiz görünə bilər.
Ancaq ictimai fikrə təravət və sağlam emosiya gətirə biləcək bu cür addımlara cəmiyyətin bütövlükdə əşəddü ehtiyacı var…
araz.az xəbər portalı.