İran Prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arifin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
araz.az TASS-a istinadən xəbər verir ki, bu, Pezeşkianın rəsmi olaraq prezident vəzifəsinə başlamasından sonra ilk təyinatdır.
Qeyd edək ki, Məhəmməd Rza Arif İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb.
Hazırda onun 72 yaşı var.
araz.az xəbər portalı.