“Buradan Ağdam icra hakimiyyətinin başçısına və əməkdaşlarına müraciət edirəm! Seçkiyə qatılmaq qərarı verdiyim və Ağdama gəldiyim ilk gündən Sizin “diqqətinizi” hiss etdim. Diqqət o qədər “böyük” idi ki, növbəti dəfə Quzanlıya gəldiyimdə birinci dəfə qaldığımız Olimpiya Mərkəzində boş yer tapa bilmədik”.
araz.az xəbər verir ki, bu sözləri sosial media hesabında siyasi şərhçi Elxan Şahinoğlu yazıb.
O bildirib ki, qohum və tanışlarıma əziyyət verməmək üçün Bərdədə gedib, orada qalıb: “İndi də eşidirəm ki, mənə dəstək verən ağdamlılar barədə müxtəlif şayiələr yayırlar. Qanunlara hörmət edin, qanunsuzluq edən məmurların Kürdəxanıdakı talelərindən dərs çıxarın! Mən Ağdama hələ çox gələcəm, Sizin və gələcək deputatın fəaliyyətini diqqətlə izləyəcəm”.
Xatırladaq ki, Ağdamdan deputatlığa iddialı olan siyasi şərhçinin namizədliyi dünən qəbul edilməyib.
araz.az xəbər portalı.