Tanınmış jurnalistin Türkiyədə yeni məqaləsi dərc olunub.

 

araz.az xəbər verir ki, Uluslararası Türk Dünyası Araşdırmaları Dergisinin VII sayında Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəylinin Qərbi Azərbaycan həqiqətlərini əks etdirən “MAHİRE NAGIKIZININ ESERLERİNDE SÜRGÜN VE VETEN ANLAYIŞI” (//dergipark.org.tr/tr/pub/tudad/issue/86439/1500008) adlı araşdırma məqaləsi də yer alıb.

 

Məqalədə 1980-ci illərin sonlarından başlayan dövrdə Qərbi Azərbaycandan zorla köçmüş Azərbaycan türklərinin üzləşdiyi işğal proseslərə qarşı mübarizənin inkişafı baxımından diqqətəlayiq bir mərhələ kimi xarakterizə edilir. Həmçinin bu dövrdə yaranan şifahi və yazılı ədəbiyyatda rast gəlinən tarixi proseslər -Vətən və məcburi köç prosesin Qərbi Azərbaycan şairlərinin yaradıcılığında necə əks olunduğu  müzakirə edilir.

 

Müəllif məqalədə Mahirə Nağıqızının əsərləri əsasında diqqəti Qərbi Azərbaycandan zorla köçmüş Azərbaycan türkləri üzərində cəmləyib və Mahirə Nağıqızının əsərlərində  Azərbaycan türklərinin məcburi köçü və onların vətən, millət anlayışı diqqət mərkəzinə gətirilmişdir. Məqalə Qərbi Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılmasında mühüm rol oynayacaq.

 

araz.az xəbər portalı.