Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Kirbi Venesuelaya şox sərt mesaj verib.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, o, Venesueladakı son prezident seçkilərinin saxtakarlığına diqqəti çəkərək, 51.2 faiz səslə yenidən dövlət başçısı seçilən Maduronu hədələyib.
Seçkilərin nəticələrinin demokratik standartlara və seçki təhlükəsizliyi prinsiplərinə cavab vermədiyini iddia edən müstəqil hesabatların mövcudluğunu xatırladan Con Kirbi bildirib ki, Nikolas Maduro iqtidarı seçkinin nəticələrinin hər aspektini şəffaf şəkildə xalqla bölüşməlidir: “Artıq bizim və beynəlxalq ictimaiyyətin səbri tükənir. Mən Venesuela seçki orqanlarından hər kəsin nəticələri görə bilməsi üçün tam və əhatəli seçkilərin nəticələrini açıqlamasını gözləyirik…”.
Xatırladaq ki, iyulun 29-da keçirilən Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.
Xalq isə buna etiraz edərək küçələrlə çıxıb. Nəticədə 11 nəfər ölüb, yaralananlar var…
araz.az xəbər portalı.