Almaniyada bazar dəyəri təxminən 2 milyard 600 milyon avro olan 35,5 ton kokain ələ keçirilib.

 

araz.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyatın təfərrüatları bu günlərdə üzə çıxıb.

İstintaqa əsasən, beynəlxalq kokain mafiasının izləri Türkiyəyə qədər uzanır.

 

SWR xəbər kanalının məlumatı görə, cinayət işində əsas üç şübhəli şəxsdən biri alman (Simon F.), digər ikisi isə türkdür (Ümit D. və Mustafa E.).

 

Alman mediasında yayılan məlumata görə, kokain şəbəkəsi belə işləyib:

 

Simon F. ərzaq və tikinti materialları idxal etmək üçün Almaniyada bir neçə şirkət yaradıb. Ümit D. bu şirkətlər üçün internet saytları yaradıb və Cənubi Amerikadan mal sifariş edib. Mustafa E. isə Almaniyaya gətirilən konteynerləri Hamburq limanında qəbul edib. Kokain alverini gizlətmək üçün bu şirkətlər bir müddət yalnız qanuni mallar göndəriblər.

araz.az xəbər portalı.