Növbədənkənar parlament seçkilərində iştirakla bağlı 1489 nəfər namizədlik üçün müraciət edib. Onlardan 481 nəfərin namizədliyi qeydə alınıb.
araz.az xəbər verir ki, bu barədə avqustun 1-də Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, bitərəf namizədlər 958 nəfərdir, 531nəfərin partiya mənsubiyyəti var, 802 nəfər isə imza vərəqələrini təhvil verib.
Pənahov qeyd edib ki, parlament seçkilərilə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb. Eyni zamanda seçkilərlə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkilərində iştirak edən namizədlərə ödənişli əsaslarla təşviqat üçün Mərkəzi Seçki Komissiyasına 54 media subyekti müraciət edib.
Həmçinin Mərkəzi Seçki Komissiyası yaxın qohumları deputatlığa namizəd olduğu üçün dairə seçki komissiyalarının iki üzvünün fəaliyyətinə xitam verib.
araz.az xəbər portalı.