Sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərinə daha bir maraqlı sima qatılıb.
araz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, həmin şəxs 88 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürən Qurbanov Rauf Əfqan oğludur.
Əldə etdiyimiz məlumata görə, onun namizədliyi artıq qeydə alınıb.
Rauf Qurbanov əslən Şamaxı rayonundandır. O, ilk dəfədir ki, parlament seçkilərinə qatılır.
1984-cü ildə Şamaxı şəhərində doğulan Rauf Qurbanov 2001-ci ildə Bakı şəhərində Elşad Həmidov adına 267 saylı fizika-riyaziyyat təmayüllü lisey-məktəbi bitirib. Elə həmin ildə Azərbaycan İnşaat və Memarlıq Universiteti, “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə Fövqəladə Hallar Naziriliyinin (FHN) “N” saylı hərbi hissəsində hərbi xidmət keçən Rauf Qurbanov 2006-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində sub-bakalavriat təhsili alıb.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinə daxil olub, 2020-ci ildə həmin universiteti bitirib.
2007-2011-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “İnspektor” vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.
2011-2018-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “Baş İnspektor” vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub.
2018-2020-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “Şöbə rəisi” vəzifəsinə qədər yüksəlib. Rütbəsi polkovnik-leytenant olub.
2020-2021-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Rütbəsi polkovnik-leytenant olub.
2021-2023-cü illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib. Rütbəsi polkovnik-
leytenant olub.
2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Ailəlidir, iki övladı var.
Seyid
araz.az xəbər portalı.