Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

Xəbər verdiyimiz ki,Səttar Möhbalıyev AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb. Məlumatına görə  26 avqustda keçiriləcək növbədənkənar qurultayda (AHİK) sədri postuna bir neçə namizəd olması iddia edilir.

araz.az  XALQ.AZ-a istinadən  məlumat verir ki, iddialara görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna   Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir. Məlumata əsasən AHİK-ın sədr postu seçkilərlə keçirilir.

Qeyd edək ki, Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.

 Fotoları təqdim edirik

araz.az xəbər portalı.