Bu gün mənim üçün olduqca gözəl bir gündür — özümə doğma və əziz bildiyim gözəl bir insanın, dostum və böyük qardaşım Heydər İlham oğlu Əliyevin Doğum Günü olduğu üçün! Bu münasibətlə, dərin hörmət və səmimi duyğular ifadəsi olan ürəkdən gələn sözlərimi, media vasitəsi ilə, İlham qardaşıma çatdırmağı özümə mənəvi borc bilirəm:
— Ad günün mübarək, Böyük Qardaşım! Bu münasibətlə, Səni səmimi qəlbdən təbrik edir, ürəkdən gələn ən xoş istək və arzularımı Sənə çatdırıram! Bu təbriklərimin əsası kimi, öncə Sənə, Uca Yaradandan uzun ömür, can sağlığı və xoşbəxt həyat arzulayıram! İctimai-siyasi və digər işlərində Ulu Tanrıdan böyük uğurlar istəyimi də, bu arzularıma əlavə edirəm; Həyatda hər şey ürəyincə, istəyinə uyğun olsun, Heydər qardaşım!
Doğrudan da, sadə, səmimi, humanist, intellektual səviyyəli, mədəni, bir sözlə, gənclərə örnək olan bir insan olmağın daim mənə ruh verib. Elə, bunlara görədir ki, Səni özümə əziz və sevimli qardaşım kimi doğma bilir, lap çox istəyirəm. Həmişə xoş günlər arzulayıram Sənə! Həyatda bütün arzu və istəklərinin gerçəkləşməsi ən ülvi istəyimdir. Həmişə var olasan!
Həyatda hər zaman üzün gülsün, hər şeyin ən gözəlinin iki qatını arzulayıram Sənə! Bu səmimi arzularımı mənim üçün əziz olan digər ailə üzvlərinizə də çatdırıram!
Kiminləsə fəxr etməyim üçün, yaxşı ki, Sən varsan, Böyük Qardaşım! Böyük Allahım Səni qorusun! Hər zaman xoş və şad günlər qeyd edəsən! 27 yaş nədir ki, yüz yaş qismətin olsun!
Əziz Günün bir daha Mübarək olsun!
Dərin hörmət və səmimi duyğularla,
Fərid ŞƏRİFOV,
YAP üzvü, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın könüllüsü, “Nərgiz” Fondunun, “Paşa Holdinq”in və Prezident Administrasiyasının əməkdaşı.
araz.az xəbər portalı.