“Təzadlar”qəzetinin Baş redaktoru, Dünya Türk Jurnalistlər Birliyinin, eləcə də Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin trtajans.eu, trtajans.com və anadoluyakasihaber.com saytlarının köşə yazarı olan Asif Mərzilinin deputatlığa namizədliyi qeydə alınıb.Bu barədə araz.az xəbər portalına deputatlığa namizədin özü məlumat verib: “Bəli, namizədliyim qeydə alınıb. Sabah vəsiqə özümə təqdim ediləcək…”.
Xatırladırıq ki, Asif Mərzili 3- cü dəfədir 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürür. 2005- ci ildə həmin dairədən deputat edilən Bəxtiyar Sadıqov seçki saxtakarlığına yol verdiyi üçün, Asif Mərzili və digər üç namizədin şikayəti əsasında, Azərbaycan Konstitusiya Məhkəməsi seçkinin nəticələrini ləğv etmişdir. B. Sadıqov təkrar seçkiyə qatılmaq məcburiyyətində qalmışdır…
Bu dəfəki seçkilərdə isə, Asif Mərzili əvvəllər (24 ildir) 118 saylı Ağdam Seçki Dairəsindən deputat olan Bəxtiyar Həmzə oğlu Əliyevlə seçki rinqinə çıxmalı olacaq.
Elçin MƏMMƏDLİ.
araz.az xəbər portalı.