Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
araz.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə, 1508 nəfər namizədlik üçün müraciət edib.
“590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub”, – o deyib.
araz.az xəbər portalı.