Elman Məmmədov: “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini alqışlayıram”
Məlum olduğu kimi, 26 iyul 2024-cü il tarixdə Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Şəhidləri” kitabının təqdimatı keçirilib. Kitabda həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi, həm də 2023-cü ilin 19-20 sentyabr tarixində gerçəkləşən antiterror əməliyyatında şəhid olan qərbi azərbaycanlılarla bağlı məlumatlar yer alıb.
araz.az xəbər verir ki,moderator.az-a açıqlama verən VI çağırış Milli Məclisin deputatı Elman Məmmədov “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini, habelə Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini təqdir edib:
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir. Biz şəhidlərimizi cəmiyyətimizə tanıtmalı, onların qəhrəmanlığı haqqında gənclərimizə, yeniyetmələrimizə daim ətraflı məlumat verməliyik. Bu mənada “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini alqışlayır, Qərbi Azərbaycan İcmasının fəaliyyətini təqdir edirəm. İnanıram ki, bu kitab qəhrəmanlıq tariximizin təbliğinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasına töhfə verəcək.
Qərbi Azərbaycandan olan insanlarımız erməni faşizminə qarşı hər zaman qəhrəmanlıqla mübarizə aparıb, düşmənlə savaşda böyük igidliklər göstəriblər. Onların bir qismi bu mübarizədə qəhrəmancasına şəhid olub, əbədiyyətə qovuşub. Biz bütün digər şəhidlərimiz kimi Qərbi Azərnbaycandan olan şəhidlərimizi də hər zaman sevgi və ehtiramla yad edəcək, onların qəhrəmanlığından daim iftixarla bəhs edəcəyik”.
Seymur ƏLİYEV.
araz.az xəbər portalı.