Həftələrlə davam edən etirazlar zamanı etirazçılar onun rəsmi iqamətgahına basqın etdikdən sonra ordu helikopteri ilə ölkədən qaçan Banqladeş Baş naziri Şeyx Hasinanın hara getdiyi bəlli olub.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, Hasinanın Hindistana getdiyi və Hindistan Hərbi Hava Qüvvələri zabitləri tərəfindən qarşılandığı öyrənilib.
Məlumata görə, Hasinanın bir neçə gün Yeni Dehlidə qalması və sonra Londona getməsi gözlənilir.
Bu arada Baş nazirin helikopterə minərək ölkədən qaçdığı anların görüntüləri ortaya çıxıb.
Xatırladaq ki, ölkədə işsizliklə bağlı başlayan etirazlar pik həddə çatıb. İndiyədək 300-dən çox etirazçı öldürülüb, yüzlərlə yaralı var.
Xalq bir çox dövlət qurumlarını, o cümlədən Baş nazirin iqamətgahını ələ keçirib. Bundna sonra Baş nazir Şeyx Hasina istefa verdiyini bəyan eidb. Lakin az sonra bəlli olub ki, Baş nazir xalqın qəzəbindən qorxaraq ölkədən qaçıb.
Firudin Səfərli
MİA.AZ
araz.az xəbər portalı.