Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifədən azad edilib. Onun yerinə hələ ki təyinat olmayıb.
araz.az yenisabah.az-a istinadən xəbər verir ki, Tofiq İbrahimovla bağlı qərar müzakirələrə səbəb olub.
Belə ki, bir müddət əvvəl 1 sentyabr növbədənkənar parlament seçkilərinə kimi icra başçılarının dəyişdirilməsi ilə bağlı qərarın təxirə salınmasına dair məlumat yayıldı. Bildirildi ki, ölkə kifayət qədər həssas siyasi kampaniyanın ərəfəsində olduğu üçün yerli icra strukturlarına rəhbərlik edən şəxslərin dəyişdirilməsi məqbul sayılmır. Bu üzdən də istefaya göndəriləcəyi dəqiqləşən 10-a yaxın icra başçısının ən azı sentyabr ayının sonuna kimi vəzifəsini qoruya biləcəyi iddia olunurdu. Amma Tofiq İbrahimovla bağlı sərəncam hakimiyyətin yuxarı eşalonunda icra başçılarının kariyerası ilə bağlı qərara yenidən baxıldığını göstərir. dirnaq modelleri
“Yeni Sabah” bununla bağlı maraqlı məlumatlar əldə edib. Hakimiyyət komandasında təmsil olunan şəxslərdən biri, bizimlə söhbət zamanı bu ayın sonuna kimi, ən azı 6 icra başçısının yola salınacağını bildirib. Onun sözlərinə görə, məcburi “istirahətə” göndərilən “kiçik padşah”ların siyahısında birinci sırada Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov dayanır. Onunla yanaşı, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin, Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalovun, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun və daha 2 icra başçısının kariyerasına son veriləcək.
Mənbə deyib ki, bu şəxslərlə bağlı qərar artıq verilib. Onların işdən azad edilməsi ilə bağlı sərəncam qısa ara ilə sentyabr ayının sonuna kimi elan olunacaq.
araz.az xəbər portalı.