Rusiyada rekord məbləğdə rüşvət almaqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin istintaqdan qaçan keçmiş əməkdaşları Georgi Satyukov və Dmitri Sokolovun qohumlarının adına olan əmlaklar və bank hesablarına həbs qoyulub.

araz.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin sanksiyası ilə qohumlarının daşınmaz əmlakı və 13 hesabı ilə bağlı müvəqqəti tədbirlər görülüb. Söhbət iki yaşayış və yeddi qeyri-yaşayış sahəsindən gedir, onların sahibləri birinin həyat yoldaşı, ikincisi isə keçmiş polisin qardaşıdır.

Aktivlərə həbs qoyulması iyulun 10-da elan edilib. Onların arasında Aviatsionnaya küçəsindəki “Qırmızı yelkənlər” kompleksində 200 kvadratmetr sahəsi və kadastr dəyəri 50 milyon rubl olan, həmçinin “Nejinski Kovçeq” yaşayış kompleksindəki mənzillər var.

araz.az xəbər portalı.