Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 444 min 80 kiloqram (444 milyon 80 min qram) kibrit gətirilib.
araz.az-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan kibritin 1 qutusunun (1 qutu = 7 qram) orta gömrük dəyəri 1,3 qəpik (0,8 sent) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 489 milyon 110 min qram (69 milyon 873 min qutu) kibrit gətirilib və 1 ədəd kibrit qutusunun orta gömrük dəyəri 1,5 qəpik olub.
Məlumat üçün qeyd edək ki, kibritlər Azərbaycana əsasən (99,9%) Rusiyadan idxal edilib.
Onu da bildirək ki, hazırda Azərbaycanda 1 qutu kibritin pərakəndə satış qiyməti 5 qəpik təşkil edir. Bu ilin ilk 5 ayında Azərbaycana 63 milyon 440 min qutu kibrit gətirildiyini nəzərə alsaq, o zaman idxal olunan kibritdən 2,3 milyon manat gəlir əldə edildiyi görülür.
araz.az xəbər portalı.