““Flightradar” qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına iki hərbi təyyarə gəlib. Bildirilir ki, təyyarələrdən birində Amerika ordusunda xidmət edən erməni əsilli ABŞ vətəndaşları olub. Onlarla bərabər postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və qafqazlılardan ibarət şəxsi heyət də gəlib və Ermənistan Silahlı Qüvvələrinin geyim forması ilə təchiz olunaraq Zəngəzurdakı hərbi bazaya yerləşdirilib”.

“Amerika Birləşmiş Ştatlarının Ermənistana silah-sursat, o cümlədən hərbçilər göndərməsi, təbii ki, regiondakı vəziyyətə mənfi təsir edəcək və gərginlik bundan sonrakı mərhələdə də artacaq. Bu addım eyni zamanda Ermənistanın sülh müqaviləsində danışıqlar prosesindən yayınmasına və Ermənistanda revanşizmin güclənməsinə gətirib çıxaracaq. Amerika Birləşmiş Ştatları bu addımla yalnız İranı müşahidə etmək deyil, İran ərazisindən İsrailə buraxılması gözlənilən raketlərin trayektoriyasını yalnız izləmək məsələsi ilə məşğul olmayacaq”.

araz.az xəbər verir ki,bu fikirləri aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, bu məsələdə Amerikanın bir çox marağı var:

“Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək, Zəngəzur dəhlizinə nəzarəti ələ almaq və Güney Qafqazda yerləşərək Rusiyanı da bölgədən çıxarmaq, eyni zamanda Güney Qafqazda mövqelərini möhkəmləndirməklə həm də özünün NATO-da müttəfiqi sayılan Türkiyəyə qarşı da təzyiq rıçaqları əldə etmək məqsədi güdür. Bütün hallarda ABŞ-nin bu addımı bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Bununda əsası 5 aprel üçtərəfli Brüssel görüşməsində qoyuldu. O zaman bütün ABŞ-ın vədlərinə baxmayaraq ki, guya həmin görüşdə yalnız Ermənistana iqtisadi yardımlar ediləcək, iqtisadi vəziyyətinin bağlı məsələlər müzakirə olunacaq, addımlar atılacaq idi. Lakin görünən odur ki, Azərbaycan o zamankı narahatlıqları əbəs deyilmiş. Artıq hər şey aydın olur və Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı Ermənistanı hərbi cəhətdən açıq şəkildə dəstəkləməyə davam edirlər”.

Rəfiqə NAMAZƏLİYEVA.

araz.az xəbər portalı.