“Təəssüflər olsun ki, Birləşmiş Ştatların sözü ilə əməli bir-birinə uyğun gəlmir. Vaşinqton bir tərəfdən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını təqdir edir və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyini vurğulayır, bu istiqamətdə təşəbbüslər irəli sürüb görüşlər təşkil edir, digər tərəfdən Ermənistanı silahlandırmaqla məşğuldur. Bu isə regionda sülhə və təhlükəsizliyə deyil, gərginlik yaratmağa xidmət edir”.
araz.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Amerikanın Ermənistana hərbi təyinatlı yüklər göndərməsini şərh edərkən deyib. O bildirib ki, Birləşmiş Ştatlar da Fransa kimi bu addımı ilə Cənubi Qafqazda gərginlik yaratmaq istəyir:
“Əslində sözügedən ölkələri heç də Ermənistanın taleyi düşündürmür. Onları düşündürən Ermənistanı qurban verməklə Cənubi Qafqazda möhkəmlənib söz sahibinə çevrilməkdir. Onu da təəssüf hissi ilə qeyd etmək istərdim ki, Ermənistan da Qərbin, Birləşmiş Ştatların şirnikləndirici, bölgədə gərginlik yaratmaq planlarının qurbanl rolunda çıxış edir. Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyət göstərsə, onun üçün daha məqbul olar”.
araz.az xəbər portalı.