“Xalq Kapital İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 71 əqd üzrə 273,66 milyon manat təşkil edib. 

araz.az xəbər verir ki, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 27,6% və ya 104,4 milyon manat azalıb. Belə ki, 2023-ci ilin ilk yeddi ayında “Xalq Kapital”ın dövriyyəsi  378,1 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 147-dən 71-ə enib, yəni 2 dəfədən çox azalıb. Əqdlərinin orta dəyəri isə son bir ildə 2,57 milyon manatdan 3,85 milyon manata yüksəlib.

Xatırladaq ki, “Xalq Kapital” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 420 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% “Xalq Bank” ASC-dir.

araz.az xəbər portalı.