Avtomobil ətirlərinin əksəriyyətində benzol var.
araz.az bildirir ki,bu ətirləndirici vasitələr insan sağlamlığı üçün çox zərərlidir.
Mənfi tərəfi ilk növbədə avtomobillərini hər cür qoxu ilə təzələməyi sevən sürücülərə təsir edir.
Məsələ burasındadır ki, müasir qoxuların 90%-dən çoxunda benzol, etanol, aseton, və ya hamısı bir maddə olur. Bütün bu maddələr toksin və kanserogenlərdir ki, onlarla nəfəs alan insanın banal allergiya, astma öskürəyi, hətta onkoloji xəstəliklərə tutulma riski var.
Buna görə də mütəxəssislər təbii efir yağlarından hazırlanan avtomobil ətirləri seçməyi məsləhət görür.
araz.az xəbər portalı.