“Virgin Galactic”in “Delta” gəmisində adambaşı 600 min dollara kosmosa uçmaq mümkün olacaq. 

araz.az xəbər verir ki, bu barədə “SpaceNews” Amerika şirkətinin rəhbəri Maykl Kolqeyzerə istinadən yazır.

Şirkətin planlarına görə, “Delta” 2026-cı ildə kommersiya fəaliyyətinə keçməlidir. Bir gəmi altı sərnişini qəbul edə bilər.

“Virgin Galactic” ilkin olaraq ildə 750 nəfərin daşınmasını gözləyir.

Kosmodromda dörd kosmik gəmi və iki ana təyyarə ilə “genişlənmiş donanma” modelində “Virgin Galactic” ildə təxminən 275 uçuş həyata keçirə və 990 milyon dollar gəlir əldə edə bilər. Gələcəkdə şirkət Avropada və ya Yaxın Şərqdə ikinci kosmodromun açılmasına icazə verə bilər – o zaman layihə biznesə ildə 1,98 milyard dollar gəlir gətirəcək.

araz.az xəbər portalı.