Hazırda həbsdə olan RealMedia.az xəbər portalının Baş redaktoru Ramin Məhəmmədoğlu ilə bağlı ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
araz.az xəbər verir ki,bu barədə məlumatı azinforum.az-a jurnalistin vəkili Fəxri Rüstəmov verib. Vəkilin sözlərinə görə, istintaqın yekunu olaraq Ramin Məhəmmədoğluna Cinayət Məcəlləsinin 182.2.2 -ci maddəsi ilə ittiham elan olunub: “Məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı vaxt dəqiq müəyyənləşməyib. Raminə 5 epizod üzrə ittiham elan olunub. Təbiidir ki, məhkəmənin gedişində Raminin günahsız olduğunu sübut etmək üçün dəlillərimizi təqdim edəcəyik və onun həbsdən azad edilməsinə çalışacayıq”.
Qeyd edək ki, Ramin Məhəmmədoğlu bu ilin aprel ayında həbs edilib.

araz.az xəbər portalı.