Deyəsən, pensiyaların maliyyələşdirilməsində yenə problem yaranıb. Sosial şəbəkələrdə gecikməyə narazılıqlarını ifadə edən pensiyaçılar, “bəlkə, pulumuz bu gün hesablara köçürüldü” ümidi ilə yaşadıqlarını deyirlər.
Təqaüdçülərin bankomatların qarşısına toplaşmasına səbəb olan bu gecikmənin nədən baş verdiyini öyrənmək üçün, araz.az olaraq, əlaqədar dövlət qurumları ilə əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Lakin Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrindən aldığımız məlumatlara görə, bölgələrdə pensiyaların hesablara köçürülməsində problem yaşanmayıb. Məlumatlarda o da bildirilir ki, yeni təqvim ilinin ilk aylarında həmişə belə gecikmələr olur. Xoşbəxtlikdən bu il rayonlarda gecikmə olmayıb. Ödənişlər bankomatlara qabaqcadan müəyyən edilmiş qrafik əsasında köçürülüb. Böyük şəhərlərdə isə, belə hallar olub. Bu da, onunla əsaslandırılır ki, pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar tələb edir. Pulların nə vaxt keçiriləcəyi isə, dəqiq məlum olmur.
Qeyd edək ki, əvvəlki aylarda təqaüdçülər vəsaitlərini hər ayın 11-i alırdılar. Bu gün isə, artıq ayın 13-üdür.
Rüfət RƏHMANOĞLU,
araz.az.
araz.az xəbər portalı.