Prezident Ərdoğanın lideri olduğu AK Partiyaya 23-cü ildönümü ilə bağlı müxalif partiyalardan qatılmalar olub.

araz.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onları keçirilən tədbirdə səhnəyə dəvət edərək döş nişanlarını taxan prezident Ərdoğan bildirib ki, partiyasının qapısı millətə xidmət etmək istəyən hər kəsə açıqdır: “Partiyamıza qatılan dostlarımızı salamlayır, millətə xidmətdə uğurlar arzulayıram”.

Xatırladaq ki, dünən AK Partiyaya qatılanlar arasında İYİ Partiyasından istefa verən 2 deputat və xeyli müstəqil və partiya mənsubiyyəti olan bələdiyyə sədrləri də var.

Müstəqil statusda olan bələdiyyə sədrləri aşağıdakılardır:

Mahmut Dal (Adana/Saimbəyli)

Ali Açmaz (Elazığ/Arıcak/Bükardı)

Ali Öztoklu (Konya/Doğanhisar)

Mehmet Begit (Şanlıurfa/Birecik)

Zafer Arpacı (Uşak/Banaz)

YEenidən Rifah Partiyası üzvləri:

Cömert Özen (Adana/Feke)

Emrullah Akpunar (Ərzurum/Aziziye)

Fehim Kaya (Muş/Bulanık/Yoncalı)

Ömer Faruk Yenilmez (Muş/Mərkəzi/Yeşilova)

Mesut Karayiğit (Ordu/Çaybaşı)

Refahattin Şencan (Samsun/Ayvacık)

Nevzat Karasu (Ərzurum/Karaköy)

İYİ PARTİYASI

Hayrettin Özdemir (Ərzurum/Horosan)

AK Partiya qarılan deputatlar isə bunlardır:

İYİ Partiyadan istefa verən İstanbuldan deputatlar Seyithan İzsiz və Ahmet Ersagun Yücel.

araz.az xəbər portalı.