Bu ilin iyul ayının 1-nə olan məlumata görə Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452 min 692 vahid artaraq 1 milyon 854 min 607 olub.
araz.az Dövlət Vergi Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 410 min 704 vahid artaraq 950 min 626 təşkil edib.
Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin bu il iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər olub. Muzdla çalışan işçilərin 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Açıqlanan rəqəmlərdən də görünüdyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 93,8 min vahid və ya 5,3% çoxdur.
Onu da qeyd edək ki, əmək müqaviləsi muzdlu işçilərin sayından o halda çox ola bilər ki, 1 nəfər muzdlu işçi ilə birdən çox əmək müqaviləsi imzalansın.
araz.az xəbər portalı.