2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib. 

araz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 6,9 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.

Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.

araz.az xəbər portalı.