Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 427 mənzil satın alıblar.
araz.az Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 88 mənzil alıblar.
Müqayisə üçün bildirək ki, ötən ilin ilk 7 ayında azərbaycanlılar Türkiyədən daha çox mənzil alsalarda, iyul ayında daha az mənzil alıblar. Belə ki, 2023-ci ilin ilk 7 ayında 469, iyul ayında isə 74 mənzil satın alınıb.
Onu da bildirək ki, bu ilin ilk 7 ayı ərzində Türkiyədən ən çox Rusiya (2 min 908 mənzil), İran (1 221 mənzil), Ukrayna (896 mənzil), Almaniya (663 mənzil), İraq (612 mənzil) və Qazaxıstan (594 mənzil) vətəndaşları ev alıb.
Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin 7 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 7 min 228 mənzil alıb. Ötən ilin iyul ayında ruslar Türkiyədən 772 mənzil aldıqları halda bu ilin iyun ayında 485 mənzil alıblar.
araz.az xəbər portalı.