Yanvar-iyul ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib.
araz.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.
Bu isə o deməkdir ki, bu il gün ərzində orta hesabla 20 nəfərdən çox insan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.
Qurumun məlumatında bildirilir ki, onlardan 1 nəfəri 16-18 yaşadək, 332 nəfəri 18-25 yaşadək, 707 nəfəri 26-29 yaşadək, 3360 nəfəri isə 30 yaş və ondan yuxarı şəxslərdir.
“Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır”.
araz.az xəbər portalı.