Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlını üçüncü dəfə DSK-ya şikayət edib. 

araz.az xəbər verir ki, təşviqat kampaniyası başladığı müddətdən 70 saylı Neftçala seçki dairəsində qeydə alınan Vəfa Nağı dəfələrlə Tənzilə Rüstəmxanlının posterlərini sökdürüb.

O, rəqibinin posterini bu dəfə də Neftçalanın Mikayıllı kəndindəki “Azərsu”ya tabe olan müəssisədən sökdürərək vəziyyəti belə şərh edib: “Mikayıllı kəndində “Azərsu”yun idarəçiliyində olan dövlət müəssəsinə Tənzilə Rüstəmxanlının plakatları yapışdırılıb. Oradakı şəxs deyir ki, seçki ilə bağlı posterləri yapışdıran adam, Tənzilə Rüstəmxanlının posterini də yapışdırıb. Bildiyim qədəri ilə, əhalini seçkidən xəbərdar etmək üçün posterləri kəndlərdə ya bələdiyyə işçiləri, ya da ica nümayəndəsi yapışdırır. Eyni məsələ ilə bağlı DSK-a bu gün üçüncü dəfə şikayət etdim”.//Pravda.az

araz.az xəbər portalı.