Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, ƏHD Partiyası sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Çaparlı və Kəndoba kəndlərində seçicilərlə görüşüb.

araz.az-ın məlumatına görə, ilk görüş Çaparlı kəndində keçirilib.

Seçicilər qarşısında çıxış edən Elçin Mirzəbəyli Çaparlı kəndinin əvvəllər Gorus Çaparlı adlandığını, bu kəndin təməlinin vaxtilə tarixi Azərbaycan torpaqlarından, Qərbi Zəngəzurdan köç etmək məcburiyyətində qaldıqlarını bildirib. Deputatlığa namizəd qeyd edib ki, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun şərəfli zabit və əsgərlərinin rəşadəti nəticəsində dövlətimiz Cənubi Qafqazda 200 ilə yaxın davam edən zülmə, ədalətsizliyə son qoyub.

Elçin Mirzəbəyli bildirib ki, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzura da qayıdacağıq və Çaparlı kəndinin sakinləri də öz ata-baba yurdlarını görmək imkanı əldə edəcəklər.

Çaparlı kəndinin ağsaqqalları Elçin Mirzəbəylinin fəaliyyətini uzun illərdir ki, yaxından izlədiklərini və təqdir edtdiklərini bildiriblər, dəstəklərini ifadə ediblər.

Daha sonra deputatlığa namizəd seçicilərin müxtəlif mövzularda ona ünvanladıqları sualları cavablandırıb.

Elçin Mirzəbəylinin növbəti görüşü Kəndoba kəndində keçirilib. Öncə deputatlığa namizədin vəkili Elçin Şahbazov Elçin Mirzəbəylinin tərcümeyi-halını seçicilərin diqqətinə çatdırıb. Sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətlərini Kəndoba sakinlərinin diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.

img img img

araz.az xəbər portalı.