“TRT Ərəb”in əməkdaşlarının olduğu maşına atəş açılıb.

araz.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün axşam İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində “TRT Ərəb” telekanalının əməkdaşlarının olduğu avtomobili vurublar.

Məlumata görə, hadisə zamanı telekanalın müxbiri Sami Berhum “qıl payı” güllə yarasından qurtulub.

O, hadisədən sonra bildirib ki, müharobə başlayandan bəri dördüncü dəfə olduqları maşın atəşə tutulub: “Baxmayaraq ki, maşında telekanala aid emblem, bizm isə əynimizdə “Press” yazılmış jiel, başımızda isə dəmir dəbilqə olub. Bunu görə-görə bizə 15 dəqiqə boyunca qəsdən atəş açdılar…”.

Xatırladaq ki, qeyd edilən bölgədə dünəndən savaş qızışıb.

 

araz.az xəbər portalı.