2023-cü ilin sonlarından etibarən “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər artmaqda davam edir.
araz.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə barəbər olub. Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Son üç ayda da “PAŞA Sığorta”nın şikayət indeksi yüksəlməkdə davam edib. Bu ilin may ayında şikayət indeksi 1.09-a, iyun ayında isə 1.12-yə, iyul ayında isə 1.19-a yüksəlib. Ümumilikdə ilin əvvəli ilə müqayisədə “PAŞA Sığorta”nın şikayət indeksi 2 dəfə artıb.
Qeyd edək ki, məsələ ilə bağlı “PAŞA Sığorta” şirkətindən rəy öyrənilməyə çalışsaq da, şirkətdən hər hansı bir cavab verilməyib.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100 %-i “PASHA Holding” MMC-yə məxsusdur.
araz.az xəbər portalı.