Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanlı tənqid edəcək açıqlamalar verib. 

araz.az xəbər verir ki, o, bu barədə “Rossiya” telekanalına müsahibəsində danışıb.

Prezident Ermənistanın apardığı xarici siyasi kursa toxunub.

O, bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.

“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, – deyə Lukaşenko qeyd edib.

araz.az xəbər portalı.