Qardaş ölkə Türkiyədə iş saatları azaldılır.

araz.az xəbər verir ki, Türk Əmək Qanununda maaşlardan iş saatlarına, ümumi tətil ödənişlərindən çevik işə, həftəlik məzuniyyətdən illik məzuniyyətə qədər bir çox mövzuda yeni tənzimləmələr gündəmdədir.

Tənzimləmə çərçivəsində iş saatları 40 saata qədər azaldılacaq. Bundan əlavə, “uzaqdan”, “qismən” və “platforma” kimi yeni nəsil çevik iş modelləri təqdim ediləcək.

30 milyondan çox işçiyə birbaşa aidiyyəti olan Türkiyə Əmək Qanununa dəyişikliklərlə bağlı işlər davam edir. Əldə edilən məlumata görə, hökumət maaşlardan iş saatlarına, ümumi tətil maaşlarından çevik işə, həftəlik məzuniyyətdən illik məzuniyyətə qədər bir çox mövzuda yeni tənzimləmələr etmək səylərini sürətləndirib.

Bu məsələ ötən həftə vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən İnvestisiya Mühitinin Yaxşılaşdırılması üzrə Koordinasiya Şurasında da müzakirə edilib. Türkiyə Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan “Sosial təhlükəsizlik qanunvericiliyi və tətbiqlərini dəyişən əmək bazarı şərtləri və yeni nəsil çevik iş üslublarına daha uyğunlaşdıracağıq” deyərək dəyişikliyə işarə edib. Bu çərçivədə iş saatlarına yeni düzəlişlərin ediləcəyi gözlənilir. Bildirilir ki, 45 saatlıq iş saatı 40 saata, bəzi peşə qruplarında 48 saatlıq iş saatı isə 40 saata endirilə bilər.

araz.az xəbər portalı.