Azərbaycanda Məhərrəmlik ayı avqustun 24-də bitəcək.
araz.az xəbər verir ki,lent.az-ın bu barədə sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.
Bildirib ki, ondan sonra 10 gün Səfər ayı başlayacaq.
Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentyabrın 3-də bitəcək.
Beləliklə, Məhərrəmlikdə yas tutub şadlıq etmək istəməyənlər sentyabrın 4-dən sonra toy edə bilərlər.
araz.az xəbər portalı.