Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağladan “Şəfəq türküsü” şerinin müəllifi Nevzat Çelik saxlanılıb.

araz.az yerli mediaya istinadən bildirir ki, şair dünən axşam saatlarında qapısına gələn polis əməkdaşları tərəfindən şöbəyə aparılıb. Orada ifadəsi alınandan sonra isə sərbəst buraxılıb.

O, İzmirdəki meşə yanğınları ilə əlaqədar fikirlərinə görə saxlanıldığını iddia edib. Belə ki, Çelik sosial şəbəkədə etdiyi paylaşımda, “Heç mi görməyək, eşitməyək, danışmayaq? Heç mi araşdırmayaq? Nə istəyirlər? Məhəllə yandığı halda eləcə saçımızı darayaq? Bəs necə insan qalaq? Gözəl günləri də görmək ümidi ilə” deyə fikirlərini qeyd edib.

Qeyd edək ki, Nevzat Çelikin müəllifi olduğu “Şəfəq türküsü” şerini mərhum müğənni Ahmet Kaya oxuyub. Prezident Ərdoğan 12 sentyabr çevrilişi zamanı asılan Necdet Adalı haqqında danışarkən “Şair Nevzat Çelikin Necdet Adalı üçün yazdığı şer bu zamansız ölümü ən gözəl şəkildə canlandırıb. Doğrudan da çox duyğusaldır. Məni burda axtarma ana qapıda adımı soruşma, Saçlarını ulduz düşmüş qoparma ana, ölümü gözlədim ana” sətirlərini oxuyub və ardınca ağlayıb.

araz.az xəbər portalı.