Xəbər verdiyimiz kimi, Avropa Mətbuat Federasiyasının üzvü və Türkiyənin dörd saytının köşə yazarı, jurnalist Asif Mərzili 119 saylı Ağdam Seçki Dairəsində baş vermiş qanunsizluqlarla bağlı qanuni tədbir görməməsinə (həm də hərəkətsizlik) görə Mərkəzi Seçki Komissiyasına qarşı iddia qaldırıb…

İddia Bakı İnzibati Məhkəmədə icraata götürülüb. Bu gün isə hakim Bəhlul Calalov iş üzrə təyin edilib. araz.az bildirir ki, bu barədə iddiaçı Asif Mərzilinin özü “Təzadlar”a məlumat verib: “...Bəli, iddia icraata qəbul edilib. Bu gün isə hakim təyin edildi… İddiaya səbəb budur ki, 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd olmuş və 25 illiyinə Deputat etdirilməsinə cəhd olunan Bəxtiyar Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevin iştirakı ilə seçki təbliğatında inzibati resurslardan sui-istifadə edirdi, qanunu kobud surətdə pozurdu. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin ciddi şəkildə pozulması idi. Bütün bunlar azmış kimi, 119 saylı Dairənin sədri, Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevin oğlu Sahil Əliyev atasının bu qanunsuz əməllərinə qarşı nəinki tədbir görmüşdür, əksnə, seçkinin nəticələri barədə nə dairənin qərarının, nə də məntəqələrin protokollarının surətini mənə təqdim etmir. Halbuki Seçki Məcəlləsinə görə bu onun birbaşa vəzifəsidir. Bütün bunlar barədə MSK rəhbərliyinə dəfələrlə şikayət etsəm də, xeyri olmamışdır deyə, məhkəmədə iddia qaldırmalı oldum… Məhkəmədən xahiş etmişəm ki, MSK rəhbərliyinin üzərinə 119 saylı Dairənin Bəxtiyar Əliyevin yüksək səs toplaması barədə qərarının və 68 məntəqənin protokollarının surətinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etsin”.Xatırladırıq ki, Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyevin oğlu dairənin sədri, qızı isə 50 saylı məntəqənin sədridir. Bu isə o deməkdir ki, məntəqə sədrinin, eləcə də RİH başçısının 1-ci müavininin yol verdiyi nöqsanlar və qanun pozuntularına qarşı hər hansı bir tədbir görülməyəcək. “Korrupsiya haqqında” qanun da məntəqə sədri olan bacının dairə sədri olan qardaşın tabeliyində olmasını rədd edir.

E. MƏMMƏDLİ.

 

araz.az xəbər portalı.