Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib. araz.az bildirir ki, ölkə mətbuatına bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Qeyd edək ki, 2024-cü il martın 5–də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə keçirilmiş konfransında Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
araz.az xəbər portalı.