Ermənistan və Gürcüstan Avropa Şurasının Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı orderini dəstəkləyən Bəyannaməsini imzalayıblar. araz.az xəbər verir ki, qafqazinfo bu sənədin Avropa Şurasının saytında paylaşıldığını bildirib.

Bu barədə Şuranın Mətbuat xidmətinin yaydığı məlumata görə, Avropa Şurasına üzv ölkələrin və müşahidəçi dövlətlərin ədliyyə nazirləri sənədi Litvanın sədrliyi ilə keçirilən görüşdə qəbul ediblər. Sənəddə yer alan prinsiplər tövsiyə xarakteri daşıyır.      Bəyannaməni Ermənistan və Gürcüstanla yanaşı, Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya və digər bir-neçə ölkə dəstəkləyib. Sənədi dəstəkləməyən ölkələr sırasında isə, Azərbaycan, Türkiyə, Macarıstan, Bosniya və Herseqovina, Slovakiya və Serbiya var.

Sözügedən həmin Bəyannamədə Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və digər rusiyalı siyasətçilərin həbsi ilə bağlı orderləri yer alıb. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin martında Putinin həbsinə dair order də verib.

 

araz.az xəbər portalı.