Məlum olub ki, heyvan toxumunun istehsalına cavabdeh qurumun orta müddətli və illik fəaliyyət planları müəyyənləşdirilməyib. 5,1 milyon manat güzəşt məbləğinin predmeti olan 4 456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artıb. Ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb.
Ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.  (Yeniavaz.com)

araz.az xəbər portalı.