Rusiya Ukraynaya qarşı müharibənin nəticələrini hiss edəcək, çünki o öz hesabına döyüşür və böyük itkilər verir.
araz.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov bildirib.
“Rusiya öz iqtisadiyyatını heç də ağrısız şəkildə müharibə vəziyyətinə gətirmədi; bunu bacardılar, amma müharibə uzanarsa, resurs məsələsində nəticə həmişə mənfi olacaq”, — Kirill Budanov vurğulayıb. Onun sözlərinə görə, gələn il Rusiya iqtisadiyyatı bu nəticəni hiss edəcək.
araz.az xəbər portalı.